AZ

Keçmiş deputatların oğul-qızlarının səs faizi

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu gün baş tutan parlament seçkilərində ekzit-poll keçirən şirkətlər nəticələri elan edib.

Yenicag.az Axar.az-a istinadən xəbər verir ki, ekzit-poll nəticələri hamısı üst-üstə düşür.

Ekzit-pollara görə, hazırda 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olan Samir Əhməd oğlu Vəliyev (YAP) 63.1% səslə liderdir.

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olan Günay Fəzail qızı Ağamalı (AVP) isə 50.2% səslə öndədir.

Qeyd edək ki, Samir Vəliyev sabiq deputat, Odlar Yurdu Universitetinin təsisçisi Əhməd Vəliyevin oğlu, Günay Ağamalı isə sabiq deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
yenicag.az

10Mənbələr