AZ

"Oracle Advisory Group”un keçirdiyi "exir-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlanıb

ABŞ-nin "Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum növbədənkənar parlament seçkiləri ilə əlaqədar "exir-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlayıb.

İqtisadiyyat.az-ın məlumatına görə, exit-poll nəticələrinə əsasən, parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) - 63, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 3,

Bütöv Azərbaycan Partiyasından (BAP ) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP ) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1 nəfərlə təmsil olunacaq. Bundan başqa 46 nəfər bitərəf namizəd var.

Qeyd edək ki, "Oracle Advisory Group” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən altı seçki dairəsini əhatə etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
15
iqtisadiyyat.az

10Mənbələr