AZ

Kəlbəcər şəhərində səs verən seçici sevincini belə ifadə etdi…

“Azad Kəlbəcərdə ilk dəfə millət vəkili seçirik. Layiqli hesab etdiyimiz namizədə səs verdik. Kəlbəcərimizə xeyirli, uğurlu olsun! Qürur duyuruq”.
ARANTV.AZ  xəbər verir ki, Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan arıçılıq təsərrüfatının rəhbəri Mobil Mustafayev bu gün Kəlbəcər şəhərində 123 saylı Kəlbəcər seçki dairəsinin məntəqəsində səs verdikdən sonra sosial şəbəkədə bu paylaşımı edib.
Mobil Mustafayev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir Kəlbəcər şəhərində deputat seçkiləri keçirilir.
Bu tarixi hadisənin iştirakçısı olmağın sevinci hədsizdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
arantv.az

10Mənbələr