AZ

Bakının mərkəzi küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sentyabrın 1-i saat 6:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

"AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edir", - deyə məlumatda bildirilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
5
big.az

8Mənbələr