AZ

MSK sədri: Seçicilərin hüquqlarını təmin etmək üçün bütün şərait yaradılıb

Ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində seçicilərin hüquqlarını təmin etmək üçün bütün şərait yaradılıb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, məntəqələr seçki prosesinin başlamasına tam hazırdır: "Seçki məntəqələri saat 8:00-dan 19:00-a qədər açıq olacaq. Seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir və seçkilərdə 990 namizəd mübarizə aparır".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
49
big.az

10Mənbələr