AZ

İsrail ordusu Qəzzada bir neçə girovun meyitini aşkarlayıb

İsrail Müdafiə Qüvvələri 2023-cü il oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” qruplaşmasının yaraqlıları tərəfindən oğurlanmış bir neçə girovun meyitini Qəzzada döyüşlər zamanı aşkar edib.

“Far.Az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda qoşunlar ərazidə əməliyyatı davam etdirir, meyitlərin çıxarılması və şəxsiyyətinin müəyyən edilməsi prosesini həyata keçirirlər ki, bu da bir neçə saat çəkəcək.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
12
far.az

10Mənbələr