AZ

Yaponiyalı animasiya rəssamı Asiya Nobel Mükafatının qalibi oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyalı animator Hayao Miyadzaki Asiya ölkələrində Nobel mükafatının ekvivalenti sayılan Ramon Maqsaysay mükafatının qalibi olub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə mükafatı təsis edən fond məlumat verib.
"Gənc tamaşaçılara hörmətini əks etdirən Miyadzaki öz süjetlərini və hekayələrini sadələşdirmir. O, istər ətraf mühitin qorunması, istər sülhün əldə olunması ilə bağlı səylər, istər qadınların cəmiyyətdə hüquqlarının və rolunun müdafiəsi olsun, həmişə mürəkkəb mövzuları götürür və incəsənətdən istifadə edərək, bu mövzuları uşaqlar üçün başadüşülən şəkildə təqdim edir", - deyə fondun izahatında bildirilir.
Hayao Miyadzaki çoxsaylı animasiya filmlərinin müəllifidir ki, bunlardan "Mənim qonşum Totoro" (1988), "Şahzadə Mononoke" (1997), "Ruhlarla sovrulanlar" (2001), "Gəzən qəsr" (2004), "Uçurum üzərindəki balıq Ponyo" (2008) və son əsəri olan "Oğlan və quş" (2023) filmlərini mükafatın təsisçiləri xüsusilə qeyd ediblər.
Miyadzakidən başqa, Vyetnamda müharibə zamanı ABŞ ordusunun zəhərli kimyəvi maddələrdən istifadəsinin təsirlərini tədqiq edən vyetnamlı həkim Nquen Txi Nqok Fıonq, Butandan olan təhsil sahəsində xeyriyyə təşkilatının təsisçisi, İndoneziyadan olan ətraf mühit fəalı, həmçinin Tailanddan Kənd Həkimləri Hərəkatı mükafatın laureatları olublar.
Qeyd edək ki, Nobel mükafatının Asiya ekvivalenti 1957-ci ildə təsis edilib və həmin il təyyarə qəzasında həlak olan Filippin prezidenti Ramon Maqsaysayın şərəfinə adlandırılıb. O vaxtdan bəri mükafat Asiyadan olan 300-dən çox insana, birliklərə və təşkilatlara təqdim edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
oxu.az

10Mənbələr