AZ

Keyfiyyəti İdarəetmə Sistemləri üzrə aparıcı mütəxəssis - VAKANSİYA

"Şam-Fi" MMC Keyfiyyəti İdarəetmə Sistemləri üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə 2 il iş təcrübəsi;
  • MS Office proqramları ilə yaxşı işləmək bacarığı;
  • Analitik düşüncə, güclü social-kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;
  • ISO 9001:22000 sertikatı mütləqdir;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • İdarəetmə və liderlik qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Keyfiyyəti İdarəetmə Sistemlərinə uyğun olaraq təşkilatın normativ sənədlərinin (prosedur, təlimat, forma, əsasnamə, blok sxem və digər) hazırlanması üçün planların hazırlanması, əlaqəli proses rəhbərləri ilə sənədlərin yaradılması, təsdiqlədilməsi və yayımlanması;
  • Şirkətin müvafiq olaraq Keyfiyyət, SƏTƏM və digər siyasətlərinin hazırlanması işinə dəstək olunması;
  • Şirkət səviyyəsində və proseslər bazasında SWOT analizinin aparılması və sənədləşdirilmiş məlumat şəklində saxlanılması;
  • Şirkət daxilində proseslərə uyğun olaraq bütün fəaliyyətlərin standart və təsdiqlənmiş sənəd üzərindən idarə edilməsi işini nəzarətdə saxlamaq; həmçinin standart olmayan sənədləri proses rəhbərləri ilə birlikdə hazırlanması işinin təşkili;
  • Struktur bölmələr üzrə illik, yarımillik və prosedura uyğun periodlarda SMART hədəflərin hazırlanmasını tələb etmək və nəzarətdə saxlamaq;
  • Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə uyğun Şöbə/Departamentlərlə risk qiymətləndirmə prosesinin aparılması prosesinə nəzarət və məlumatların arxivlənməsi;
  • Beynəlxalq İdarəetmə Sistemlərinin və müştəri tələbləri əsasında Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq, nəticələrin əlaqəli şəxslərlə paylaşılması və nəzarət;
  • İldə 1 dəfə standartın tələbinə uyğun olaraq Rəhbərlik tərəfindən təhlil toplantısı üçün məlumatların toplanması, emal edilməsi və üst rəhbərliyin müzakirəsinə təqdim edilməsi;

Uyğun namizədlər mövzu hissəsində “Keyfiyyəti İdarəemə Sistemləri üzrə aparıcı Mütəxəssis ” qeyd edərək e-mail (firangiz.mammadova@sham-fi.az) ünvanına müraciət etmələrini xahiş edirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
45
fins.az

10Mənbələr