AZ

Tramp ölkə daxilində narkotik alverçilərini edam edəcək

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ədliyyə Departamentinin ölüm cəzasına qoyduğu moratoriumun ləğvini və iri narkotik alverçilərinə və polis qatillərinə qarşı qanunun bütün gücündən istifadə edəcəyini vəd edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Daily Mail" məlumat yayıb.

Xatırladaq ki, 2021-ci ilin iyulunda ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm cəzasına müvəqqəti qadağa qoyub. Nazirlik bunu iynə vurmaqla həyata keçirilən edamların humanistliyinin qiymətləndirilməsinin zəruriliyi ilə izah edib.

Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ağ Evdəki ilk günündə edamlara federal moratoriumun ləğv ediləcəyini bildirib.

Türkan İSGƏNDƏRLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
redaktor.az

2Mənbələr