AZ

BMT Çini GÜNAHLANDIRDI: “Uyğurların hüquqlarını pozursunuz”

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani Çinin Sincan-Uyğur Muxtar Bölgəsində davamlı olaraq insan haqlarının pozulmasına diqqət çəkib. Bəyanatda vurğulanıb ki, BMT-nin nümayəndə heyəti Çin səlahiyyətliləri ilə dialoq zamanı Sincanda bir çox problemli qanunun qüvvədə qaldığını, hakimiyyət tərəfindən insan hüquqları baxımından araşdırılmalı və nəzərdən keçirilməli olduğunu aşkar edib.

 

Sfera.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin məlumatında qeyd olunub. Bildirilib ki, BMT Pekini və ölkədəki vətəndaş cəmiyyəti üzvlərini Çində insan hüquqlarının qorunmasında nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün qarşılıqlı əlaqələri davam etdirməyə çağırıb. 

 

“Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı onunla əlaqədə olan şəxslərə qarşı repressiya qorxusu ilə bağlı çətinlikləri və Çindəki mövcud insan haqları vəziyyətini yaxından izləyəcəyini bildirib. BMT komandası Çinə səfəri zamanı azadlıqdan məhrum edilmiş uyğurların azad edilməsi üçün operativ addımlar atmağa və ailələri onlar haqqında məlumat axtaran şəxslərin statusunu və harada olduqlarını aydınlaşdırmağa çağırıb. Pekin isə BMT-nin hesabatının qərəzli olduğunu bəyan edib. Çin, ümumiyyətlə, insan hüquqları ilə bağlı tənqidləri, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının tövsiyələrini qəbul etmir”.

 

Mərkəzin məlumatında həmçinin vurğulanıb ki, uyğur mövzusu beynəlxalq aləmin diqqət mərkəzindədir:

 

“Pekin iddia edir ki, uyğurların yaşadığı bölgə iqtisadi nöqteyi-nəzərdən inkişaf edib, orada heç bir problem yoxdur. Müşahidəçilər isə iqtisadi vəziyyətə toxunmadan Sincan Muxtar bölgəsində insanların baxışlarına görə təqib olunduğunu vurğulayır. Misal olaraq uyğurların bir qisminin məcburi şəkildə əmək düşərgələrində yerləşdirildiklərini bildirirlər. Həmin əmək düşərgələrinin ləğvi barədə məlumat yoxdur”.

 

Türkan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
sfera.az

7Mənbələr