AZ

İstanbulda terror aktı hazırlayan İŞİD üzvü saxlanıldı


İstanbul polisi partlayıcı maddələrdən istifadə etməklə şəhərdə terror aktı hazırlayan İŞİD üzvünü saxlayıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə İstanbulun Baş Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs Suriyada təlim keçmiş əcnəbidir.
“Silahlı şəxs Türkiyəyə gəldikdən dərhal sonra 24 saat nəzarətə götürülüb. Onun terror aktı hazırladığı müəyyən edildikdən sonra Bağcılar rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılıb”, - məlumatda deyilir.
Prokurorluğun qərarı ilə o, cinayət məcəlləsinin “terrorçu qruplaşmanın fəaliyyətində iştirak” maddəsi əsasında həbs edilib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya cümə günü bildirib ki, ölkənin 23 vilayətində İŞİD-ə qarşı 5 gün ərzində həyata keçirilən əməliyyatlar zamanı terrorçularla əlaqədə şübhəli bilinən 119 nəfər saxlanılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
19
yeniavaz.com

10Mənbələr