AZ

Fernandu Santuşun ilk SİYAHISI

Bakı. Trend:

Azərbaycan millisinin heyəti bəlli olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu SantuşMillətlər Liqasının oyunlarına çağırdığı futbolçuların siyahısınıxüsusi təşkil olunan mətbuat konfransında açıqlayıb.

Portuqaliyalı mütəxəssis yığmamızın “sükanı arxası”nda ilk dəfəmüəyyənləşdirdiyi heyətə 24 futbolçu daxil edib. Bu oyunçularsentyabrın 5-də Bakıda İsveç, 8-də Koşitsedə Slovakiyaya qarşıgörüşlərdə Santuşun sərəncamında olacaq.

Qapıçılar: Rza Cəfərov ("Neftçi"), MehdiCənnətov ("Sumqayıt");Yusif İmanov ("Sabah");

Müdafiəçilər: Bədavi Hüseynov, ElvinCəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Abbas Hüseynov(hamısı "Qarabağ"), Qismət Alıyev, Ceyhun Nuriyev (hər ikisi"Zirə"), Rahil Məmmədov ("Radom", Polşa), Amin Seydiyev, ("Sabah"),Şəhriyar Əliyev ("Turan Tovuz");

Yarımmədafiçilər: Aleksey İsayev (“Qarabağ”),Elvin Camalov (hər ikisi "Sabah"), Coşqun Diniyev ("Bandırmaspor",Türkiyə), Emin Mahmudov ("Neftçi"),Ozan Can Kökcü (HİK,Finlandiya),Emil Mustafayev ("Polissiya", Ukrayna), XəyalNəcəfov("Turan Tovuz");

Hücumçular: Rüstəm Əhmədzadə ("Zirə"), NərimanAxundzadə ("Qarabağ), Renat Dadaşov ("Ankaragücü, Türkiyə), RamilŞeydayev (“Neftçi”).

Qeyd edək ki, millimiz sentyabrın 2-dən təlim-məşq toplanışınabaşlayacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
11
az.trend.az

7Mənbələr