AZ

Bu gün Abşeron rayonunda qaz olmayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
Məlumata görə, "Masazır" qazpaylayıcı stansiyasında (QPS) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə avqustun 30-da saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan qaçqın şəhərciyinin, Abşeron gənclər şəhərciyinin, "Viktoriya-313" və "Saray-H" MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
37
oxu.az

10Mənbələr