AZ

Bakının mərkəzində qaz kəsiləcək

Bakının Səbail rayonunun Nizami küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) «Azəriqaz» İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonunun Nizami, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, 28 May küçələrinin və Azadlıq prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
41
sia.az

10Mənbələr