AZ

“Neftçi” Lukasla yolları ayırdı

“Neftçi” futbolçusu Lukas Melano ilə yolları ayırıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub. Paytaxt təmsilçisi argentinalı hücumçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirib.

Xatırladaq ki, "Neftçi" daha əvvəl Ömər Buludov, Rüfət Abbasov, Eddi İsrafilov, Reziuan Mirzov, Ataa Caber, Aqil Məmmədov, İvan Brkiç, Dieqo Valdez və Fərid Yusifli ilə yollarını ayırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
football-plus.az

10Mənbələr