AZ

“Formula 1”-lə əlaqədar bu gecədən İstiqlaliyyət və onunla kəsişən küçələrdə hərəkət dayandırılır

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

 

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
banker.az

10Mənbələr