AZ

"Qarabağ"ın Avroliqadakı rəqibləri sabah bəlli olacaq

"Qarabağ"ın Avroliqadakı rəqibləri sabah bəlli olacaq

Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.

Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.

Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib.

Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-i açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
sonxeber.az

10Mənbələr