AZ

Elektron siqaretin böyük təhlükəsi: Ölümə səbəb olur » Medical Media


Elektron siqaretlər astma, qan damarlarının daralması, təzyiqin artması, yanıq, xərçəng yaratdığı, həmçinin ağciyər və beyinə ziyan vurduğu üçün heç vaxt istifadə edilməməlidir.


Medicalmedia.az 
xəbər veriri ki, Türk Torakal Dərnəyi Tütünlə Mübarizə İşçi Qrupu İdarə Heyətinin Üzvü Dr. Remziye Can , elektron siqaret (vaping) adlanan elektron nikotin ötürmə sistemlərinin bir növ tütün məhsulu olduğunu bildirib.

O qeyd edib ki, bu məhsullar batareyadan aldığı enerji ilə qızdırılan və kartricdəki mayeni yanmadan buxarlayan atomizator prinsipi ilə işləyən bu növ tütün məmulatının akkumulyator, atomizator və doldurula bilən patron olmaqla üç hissədən ibarətdir:

“Məhsul çeşidi zamanla artan elektron siqaretlər ilkin olaraq ənənəvi siqaret kimi tütün məmulatlarına bənzəyərək istehsal edildi. Elektron siqaretlər sənaye tərəfindən “azaldılmış zərərli məhsul” adı ilə bazara çıxarılsa da və tərkibində kimyəvi maddələrin olmadığı iddia edilsə də, tərkibində propilen qlikol, qliserin, etilen spirti, polietilen qlikol (PEG400), diasetil dietilen qlikol, amin-tadalafil, rimonabant, həmçinin insan sağlamlığı üçün zərərli olan 7000-dən çox maddə, o cümlədən kannabibinoidlər, nitrozaminlər, formaldehid, asetaldehid keton, civə, tetrametilpirazin, qurğuşun, nikel, xrom və xüsusilə ətirli əlavələr ehtiva edir.


Elektron siqaretlərin tərkibində adi siqaretlər kimi aerohissəciklər, formaldehid, nitrozamin, metallar, karbonillər, uçucu üzvi birləşmələr və polisiklik karbohidrogenlər olduğu müəyyən edilmişdir. Bu kimyəvi maddələr hüceyrəyə zəhərli təsir göstərən xərçəng əmələ gətirən maddələrdir. Elektron siqaretlərin işləməsini təmin edən batareyalar istilik əmələ gətirdikcə, bu maye kimyəvi maddələr aerozol halına gəlir və onların ağciyər alveolalarına keçidi sürətlənir”.


Seçilən
66
medicalmedia.az

1Mənbələr