AZ

Mövqelərimiz yenidən atəşə tutuldu

Müdafiə Nazirliyindən XQ-yə bildirilib ki, avqustun 28-i saat 06:45 ra­dələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azər­baycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu­nun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı si­lahlardan atəşə tutub.

Həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Naxçı­van Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
xalqqazeti.az

10Mənbələr