AZ

Çempionlar Liqasının yeni dizaynlı topları - FOTO

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında fotolar dərc edilib.

Qeyd olunub ki, “Adidas” şirkətinin istehsal etdiyi yeni toplar klassik görünüşə malikdir. Lakin toplar yenilənmiş texnologiya ilə dizayn edilib. Yeni dizaynda 2019-cu ildən bəri təqdim olunan toplardan fərqli ofset naxışı deyil, daha çox ulduz formalarına üstünlük verilib.

Yeni top qrafik dizaynla yanaşı, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdir.

Qeyd edək ki, toplar Çempionlar Liqasının həm kişilər, həm də qadınlar arasında keçiriləcək oyunlarında istifadə olunacaq.

Xatırladaq ki, turnirin əsas mərhələsi sentyabrın 17-də başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
5
bakivaxti.az

7Mənbələr