AZ

Bakıda GÜCLÜ yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunublar.

Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

News24.az-ın məlumatına görə, hadisə axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Binanın hansı səbəbdən yanması və xəsarət alanlarla bağlı hər hansı məlumat verilməyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
ekologiya.az

10Mənbələr