AZ

Qurban Qurbanov: "Onlar qalib gəlibsə, demək bizdən üstün idilər"

- Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, uduzaq. Futbolçulara deyiləcək bir söz yoxdur. Çox əziyyət çəkdilər, həm səfərdə, həm də burada. Xeyli sayda qol epizodlarımız oldu, istifadə edə bilmədik. Suallarınızı verməyə başlasaz, daha maraqlı olacaq, fikirlərimi çatdıracam. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular. Hamısına təşəkkür edirəm.

- Qol epizodları barədə probleminiz olmur. Müdafiədə də isə problemlər var. Çox rahat toplar buraxırıq. Bu problemi həll etmək üçün xüsusi plan var?

- Onsuz da oyunumuz belədir. Biz daha çox rəqibin üzərinə atılırıq, rəqib meydanında oyunumuzu qururuq. Bu gün ilk hissədə qapımıza zərbə oldu, qol oldu. Ona daha yaxın oynamaq lazım idi ki, imkan verməyək. Xırda detallar var. Müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılırı. Bizdə fərqlidir. Elvin, Mateus, ya digərləri hücuma daha çox meyillidirlər. Oyunun 70-80m faizini hücumda keçirirlər. çatışmazlıqlar olacaq. Amma mütləq şəkildə diqqət ayırmalıyıq. Qol vurmuruqsa, buraxmamaq haqda da düşünməliyik. "Dinamo"dan 5 qol buraxıb, bir qol vura bilməmişiksə, nəyisə izah etmək düzgün çıxmaz. Xeyli sayda qol epizodları yaratdıq. Halbuki rəqib müdafiədə sıx oynayırdı. Bu cür komandaya qarşı qol epizodları yaratmaq asan deyil. Müdafiədə səhvləri bir az azaltmalıyıq.

- Komandada inanılmaz yorğunluq hiss edilirdi. Futbolçuların halı yox idi. Buna səbəb ilk oyundakı ekstra yüklənmə ilə əlaqələndirərsiz?

- Bilmirəm, bu fikir hardan yaranıb. Yorğun komanda rəqibin cərimə meydançasında 3 metrdən qol epizodu yarada bilməz. Xorvatiyadakı oyundan sonra belə fikir formalaşdı. Nəyisə axtarıb fikirləri fiziki formaya gətiriblər. Aslan Kərimov da deyib... Xorvatiya mətbuatından çıxmışdı, ya nədir... Futbol güc, sürət oyunudur. Bizim futbolçuların göstəricilərinə baxsaz, oyunda nə qədər km qət ediblər... Biz rəqibdən daha çox qaçmışıq səfərdə. Submaksimal sürətimiz rəqibdən daha çox olub, maksimal sprintlər də həmçinin. İnanmıram ki, bugünkü göstəricilər də az olsun. belə fikir formalaşıb, maraqlı söz-söhbət yaranıb, yorğunluq, filan. Anlamıram. Futbolçu gərgin olanda hansısa dəqiqələrdə nəsə hiss edilir. Amma 33 yaşlı Zubir 90 dəqiqə meydanda dayanmırsa, Elvin 90 dəqiqə 809- metr gedib-qayıdırsa, bu qədər hərəkətli olurlarsa, bu fikir mənim üçün qəribə gəldi. Bizim işimiz normal gedir. Hər bir futbolçunun fiziki hazırlığını daha da qaldırmalıyıq. Bu tip turnirlərdə oynamaq üçün daha çox məşq etməliyik. Yorğunluq görmədim.

- Bu məğlubiyyətdən sonra yeni transferlər etməyi düşünürsüz?

- Onsuz da axtarışlardayıq. Bir transfer də etmişik. Ay yarım-iki aydan çox idi ki, danışıqlar gedirdi. Bir dəfə alınmamışdı, söhbət dayanmışdı. Bizə uyğun variantımız olsa, mütləq transfer etmək istəyirik. Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz çoxala bilər, rotasiyalara getməliyik. Belə olan halda, oyunçular dəvət etmək istəyərik.

- Hakim sərt oyuna üstünlük verədi. Halbuki ingilis hakim idi. Onun qərarları sizi çox da qane etmədi?

- Hansısa yuxarı səviyyədə öz sahəsində öz işini görən insan haqda mənim danışmağım düzgün çıxmaz. İngiltərə Premyer Liqasında o cür oyunlarda, ÇL-də, böyük oyunlarda hakimlik edən barədə düz etdi, ya səhv etdi demək mənə etik baxımdan düzgün olmaz. İlk hissədə penalti epzidou çox şübhəli idi. Kontakt oldusa, birmənalı penaltidir. Biz bunu belə eşitmişik. Amma bilmirəm İngiltərədə necədir? Əminliklə deyərəm ki, penalti verə bilmək olardı. Kevin Medinanın qırmızısına gəlincə, bəsit sarı vərəqələr idi. Onsuzda uduzmuşuq, son dəqiqələrdir. Əl konkatdı yox idi, mübarizə idi. Belə oyunda ikinci sarını vermək, bilmirəm nə dərəcdəə düzgün olardı. Böyük hakimdir. Bizim üçün də onun Bakıya gəlməsi xoşdur. Onu canlı görmək, sonra TV-də görmək maraqlıdır.

- Markoların yoxluğu cütün taleyinə nə dərəcədə təsir etdi?

- Təsiri olmamış olmaz. Hər ikisi əsas heyət oyunçusu idi. Topla yaxşı davranan oyunçuların olması üstünlükdür, olmaması əksinə. Ancaq onlarsız da qalib gəlmişik. Əlimizdəki oyunçuların hamısı sağlam olanda, mənim üçün daha asandır. Təsiri var. Amma digər oyunçularım da oyunla da göstərdilər ki, daha yaxşı nəticə əldə etməyə layiq idilər.

- Futbolçuların həvəsdən düşməməsi üçün hansı addımlar necə olacaq?

- İlk addımı atdıq. Paltardəyişnə otağında hər birinə təşəkkür etdim. Bu gün çox üzgün olsaq, bunu çox düşünsək, qarşıdakı işimizə mane olacaq. Bir az üzgün idilər. Amma mütləq şəkildə daha da bərk olub qarşıdakı turnirə hazırlaşmalıyıq. Biz qarşımızdakı rəqiblərə dəyər vermişik. Onlar qalib gəlibsə, demək bizdən üstün idilər. Futbolçular bu gün gördülər ki, daha bərk və daha diqqətli, daha ağıllı oynamağa çalışmalıyıq.

- İlk oyundakı məğlubiyyətə baxmayaraq, "Qarabağ"ın mərhələ keçəcəyinə inanırdı. 0:3 uduzsaq da, mərhələ keçəcəyimizə inam tez-tez olmamışdı. İnam haradan gəlirdi insanlarda?

- Bu gün bazada belə söhbətim oldu. "Qalatasaray"ın oyununa baxdıq, uduzdular. Bir qol vurmaq lazım idi. Biz isə 3 qol vurmalıydıq. "Qalatasaray" uduzdu, öz-özümə düşündüm ki, gör bizi "Qarabağ"ı nə qədər çox sevirlər, çox güvənirlər ki, bu cür oyunda 3-4 qol vuracağımıza inanırlar. Bu birlikdir, komandaya olan sevgidir, inamdır. Bəlkə də, maraqlansaq, azarkeşlərin 70 faizi bizə daha çox motivasiya vermək üçün belə danışırdılar. Bəlkə onlar da razılaşmışdı ki, bizə üç qol vurmaq çətin olacaq. Azarkeşlərimiz futbolu heç də pis incələmirlər. Bizə motivasiya vermək üçün daha çox bu fikirləri demişdilər. Buna da çox sevindim. Bizim başqa çıxış yolumuz qalmır. hansısa oyunda uduza bilərik, qruplara da düşməyə bilərik, amma həmişə demişəm ki, bütün azarkeşlər bilməlidir, mən başda olmaqla futbolçular, hamımız işimizə məsuliyyətli yanaşmalıyıq. Klub, komanda sağlam əllərdədir. Hamı dərk edir ki, Qarabağ adı nə deməkdir. İnam da buradann yaranıb. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Böyük zəfərdən sonra xalq olaraq, daha mehriban, daha inamlı olmuşuq, bir-birmizə hörmətlə yanaşmışıq. Bu gün məğlubiyyət oldusa, sabah qalibiyyətlər olacaq.

Rəşad Sadıqov: "Qarşılaşmaya fərqli ab-havada hazırlaşmaq istəyərdik"

"Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq

"Zirə" hücum xəttini braziliyalı ilə gücləndirəcək

AFFA rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb

Donald Gerye: “Qarabağ” geridönüş edərək “Dinamo” səddini keçəcək" - Açıqlama

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
apasport.az

10Mənbələr