AZ

Durov uşağına qarşı fiziki zorakılıqla bağlı dindirilib?

Fransalı müstəntiqlər "Telegram"ın təsisçisi Pavel Durovu övladına qarşı mümkün zorakılıqla bağlı sorğu-sual etməyiblər.

hakimiyyet.az xəbər verir ki, bu barədə TASS-a Paris Prokurorluğundan məlumat verilib.

"Bu işin hazırkı araşdırmaya aidiyyəti yoxdur, o, bu iş üzrə dindirilməyib", - prokurorluqdan bildirilib.

Xatırladaq ki, avqustun 28-də Durovun üç uşağının anası olduğunu iddia edən Sankt-Peterburq sakini İrina Bolqarın 2023-cü ilin martında İsveçrədə Durova qarşı cinayət iddiası qaldırdığı barədə məlumat yayılıb.

O bildirib ki, sahibkar 2021-2022-ci illər ərzində 2017-ci il təvəllüdlü kiçik oğluna qarşı beş dəfə fiziki zorakılıq tətbiq edib. Bunun uşağın beyin sarsıntısı və yuxu problemləri də daxil olmaqla zədələnməsi ilə nəticələndiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
hakimiyyet.az

10Mənbələr