AZ

Kriştianu Ronaldu "Ginnesin Rekordlar Kitabı"ına düşüb

"Ginnesin Rekordlar Kitabı" portuqaliyalı hücumçu Kriştianu Ronaldunun rekordunu qeydə alıb.

Oxu.Az xəbər verir ki, 39 yaşlı futbolçunun "YouTube" kanalına ilk 24 saat ərzində 19.7 milyon insan abunə olub.

Layihənin fəaliyyətə başlamasından 6 gün sonra onun abunəçilərinin sayı 48 milyon nəfərdir. Ronaldu ilk milyonunu bir saat yarım ərzində qazanıb. Daha əvvəl heç kim bunu bacarmayıb.

Ronaldu 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanı çempionatında "Ən-Nəsr"in heyətində çıxış edir. O, ötən mövsüm 35 qolla liqanın bombardiri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
6
qaziler.az

10Mənbələr