AZ

"Üçüncü dünya savaşı olacaq" - Donald Tramp 

 
ABŞ prezidentliyinə respublikaçı namizəd Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində əməliyyatını şərh edib
 
ABŞ prezidentliyinə namizəd Donald Tramp ABŞ Milli Qvardiya Assossiyasının üzvləri qarşısında çıxış edərkən həyəcanlı proqnoz verib. O, ukraynalıların Rusiyanın Kursk vilayəti ərazisinə hücum əməliyyatına münasibət bildirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "m24.ru" nəşri yazıb.
 
Respublikaçı namizədin sözlərinə görə, Ukrayna qüvvələrinin Rusiya ərazisində əməliyyatı üçüncü dünya savaşına sövq edə bilər. 
 
 
"Görün, Ukraynada nə baş verir. Onlar Rusiyaya hücum edib. Üçüncü dünya savaşı olacaq", - Tramp iddia edib. 
 
Xatırladaq ki, iyul ayının sonunda Donald Tramp artıq üçüncü dünya savaşı ilə bağlı bəyanat səsləndirib. O, deyib ki, ABŞ-da prezident seçkilərində qalib gəlməsə, o zaman Yaxın Şərqdə böyük müharibə alovlanacaq.
 
Xatırladaq ki, avqustun əvvəlindən USQ-nin Kursk vilayətində apardığı əməliyyat nəticəsində 100 yaşayış məntəqəsi nəzarətə götürülüb. 
 
Maraqlıdır ki, Rusiya rəhbərliyi dəfələrlə üzdəniraq "qırmızı xətlərin", o cümlədən Rusiyanın ərazi bütövlüyünün pozulacağı təqdirdə nüvə silahının tətbiqi ilə təhdid edib. 
 
Avqustun 24-də Ukraynanın müstəqillik günündə prezident Zelenski bəyan edib ki, "Qırmızı Meydandan xəstə qoca bundan sonra özünün hansısa "qırmızı xətlərini" bizə diqtə edə bilməyəcək".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
moderator.az

10Mənbələr