AZ

120 ton pomidoru bir-birlərinə atdılar

İspaniyanın şərqindəki Valencia şəhərinin Bunol qəsəbəsində bu il 77-ci dəfə keçirilən "La Tomatina" adlı festivala qatılan 22 min nəfər, 120 ton pomidoru bir-birinə atıb.

"Cebheinfo.az" xəbər verir ki, 1945-ci ildən Bunolda bir müddət qadağan olunsa da, ənənə halını alan və hər il avqustun son çərşənbəsində keçirilən “La Tomatina” festivalı bu il də şəhər küçələrini qırmızı rəngə boyayıb.

Şəhərin mərkəzində keçirilən və giriş haqqı 15 avro olan festival çərçivəsində 7 yük maşını ilə şəhər mərkəzinə 120 tondan çox pomidor gətirilib. Təxminən 22 min adamın qatıldığı festivalda bu il VIP biletlər də 500 avroya satılıb.

Qəsəbənin müəyyən nöqtələrində bir-birinin üstünə pomidor ataraq əylənən iştirakçıların "pomidor davası" təxminən 2 saat davam edib.

Təhlükəsizlik yoxlamasından keçərək "pomidor davası"nın baş verdiyi küçələrə daxil olanların yanlarında iti və sərt əşyaların olmasına icazə verilməyib. 

Hər il avqustun sonuncu çərşənbəsində Bunol qəsəbəsində keçirilən “La Tomatina” festivalının necə başladığı barədə dəqiq məlumat yoxdur.

Ən çox yayılmış söz-söhbətə görə, "La Tomatina"nın başlanğıcı 1945-ci ildə Bunolda qonşular arasında mübahisə zamanı tərəflərin piştaxtadan bir-birinə tərəvəz və meyvə atması ilə qoyulub.

1950-ci illərin əvvəllərində festivalın keçirilməsi qadağan olunsa da, bəzi gənclər şənlikləri davam etdirib, hətta bəzi iştirakçılar bir-birinə pomidor atdıqları üçün saxlanılıb.

"La Tomatina" 2002-ci ildə Turizm Nazirliyi tərəfindən İspaniyanın "beynəlxalq turizm dəyəri" elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
36
cebheinfo.az

10Mənbələr