AZ

Pavel Durovun qardaşı Fransada axtarışa VERİLDİ

“Telegram”ın baş direktoru Pavel Durovun qardaşı Nikolay Durov da Fransa hakimiyyət orqanları tərəfindən axtarışa verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

 

Nəşr qeyd edib ki, Pavel və Nikolay Durovların həbsinə orderlər bir neçə ay əvvəl verilib.

 

“Politico”nun əldə etdiyi sənədə əsasən, Fransanın “Telegram”la bağlı apardığı araşdırma daha miqyaslı olmaqla bir neçə ay əvvəl başlayıb. Bu araşdırma “Telegram”ın uşaqlara qarşı cinsi zorakılıq hallarında Fransa polisi ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
45
sfera.az

10Mənbələr