AZ

®“Bank of Baku”nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyiblər

“Təbiətə Yaxın Bankçılıq” devizi ilə təbiətə və onun qorunmasına töhfə verən “Bank of Baku” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər sahillərinin tullantılardan təmizlənməsi aksiyasını həyata keçirib.

Xəzərin Bilgəh sahilində “Bank of Baku”nun əməkdaşları və ekokönüllülərin iştirak etdiyi layihədə 500 kiloqramdan çox plastik və digər məişət tullantıları toplanıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd Xəzərin sahil ərazilərini tullantılardan təmizləmək, ekoloji vəziyyətin yaxşılaşdırılmasına çalışmaqdır.

Bank, eyni zamanda, COP29 ərəfəsində “Yaşıl dünya naminə həmrəy olaq” şüarını əsas götürərək ekolojiyönümlü layihələrin icrasını davam etdirməyi planlaşdırır.

30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
12
azertag.az

10Mənbələr