AZ

Polşa MN: "NATO-da Ukrayna üzərində Rusiya raketlərinin vurulması ideyasının tərəfdarı yoxdur"

Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib ki, NATO ölkələri Volodimir Zelenskinin Rusiya raketlərini Ukrayna üzərində vurmaq çağırışına çox şübhə ilə yanaşırlar. 

HİT.az xəbər verir ki, nazir Zelenskinin xahişinə təəccüblənmədiyini deyib. Bildirib ki, Polşa öz maraqlarına uyğun qərarlar verəcək.

"Heç bir ölkə fərdi qaydada Rusiya raketlərinin vurulması barədə qərarlar qəbul etməyəcək. Mən NATO-da belə bir qərarın verilməsinin tərəfdarlarını görmədim", deyə Kosiniak-Kamış Polşanın RAR agentliyinə müsahibəsində bildirib.

İyulda Ukrayna prezidenti və Polşanın baş naziri Donald Tusk müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Zelenskinin sözlərinə görə, o, Ukrayna üzərində Rusiya raketlərini vurmaq qabiliyyətini ehtiva edir. Lakin Polşa Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Varşava təkbaşına belə bir tədbir görə bilməz. 

Rusiya Xarici İşlər Nazirliyi Polşanın Rusiya raketlərini ələ keçirməyə cəhd edəcəyi təqdirdə ölkənin cavab verəcəyi ilə hədələyib. Almaniya kansleri Olaf Şolts Zelenskinin oxşar tələbini rədd edib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
36
hit.az

10Mənbələr