Rusiyanın sanksiyalara görə ödəmə problemləri davam edərkən yeni beynəlxalq ödənişlərdə yeni mərhələyə keçir.

İndex.az xəbər verir ki, Rusiya sentyabrın 1-dən beynəlxalq ödənişlərdə kriptovalyutalardan eksperimental şəkildə istifadə etməyə başlayacaq.

Prosesə Rusiya Mərkəzi Bankı nəzarət edəcək.

ABŞ Rusiyaya qarşı sanksiyalarını sərtləşdirməyə davam etsə də, Rusiya şirkətlərinin beynəlxalq ticarətdə ödənişlərin qəbulu və göndərilməsi ilə bağlı problemləri hökumətin başağrısı yaratmağa davam edir.

Problemi həll etmək üçün alternativ yollar axtaran Rusiya hakimiyyət orqanları bir vaxtlar ölkədə sərt münasibət bəslədikləri kriptovalyutalara indi çox daha müsbət yanaşırlar.