AZ

Gələn ay Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb

Sentyabrın 7-8-də Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb.

"Report"un məlumatına görə, Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq tədbirdə Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edəcək.

Festivalda Azərbaycanın Xalq artisti Aygün Kazımova, Azad Şabanov, Kubadan dəvət olunan müğənni və rəqqasə Edqlis Hayle, Elvin Mirzəzadə, “Good Girls” qrupu, Gürcüstanın məşhur qruplarından "Niko’s Band", "MadTeen&Rəssam", "Roman&Nirvana Band", Şəhriyar İmanov və Teymur Süleymanbəyli dueti, Dj Amalov çıxış edəcəklər. Eyni zamanda tədbirdə Braziliya karnaval, həmçinin Libertanqo rəqslərinin nümayişi olacaq.

İki gün ərzində saat 14:00-dan 21:00-dək davam edəcək festivalın ərazisi dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klasslar, o cümlədən şərabla rəsm master-klassı, açıq havada film nümayişi kimi müxtəlif interaktiv zonalara bölünəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
15
far.az

10Mənbələr