57 yaşlı yaponiyalı futbolçu Kazuyoşi Miura karyerasını bitirəcəyi vaxt barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, hazırda Yaponiyanın "Atletiko Suzuka" komandasında çıxış edən hücumçu deyib:

"3 il sonra 60 yaşım olacaq. Nə vaxt görsəm ki, futbol oynaya bilmirəm, dayanacam. Lakin etiraf etməliyəm, 80 yaşıma qədər futbol oynamaq istəyirəm".