AZ

Qoynunda ilan bəsləyən İran - ŞTRİX+FOTO

İran KİV-i: "İran öz ticarət və iqtisadi maraqlarını qorumaq üçün Zəngəzur dəhlizinin tikintisinə qarşı çıxmalıdır"

Sirr deyil ki, İranın bir sıra rəsmi və qeyri-rəsmi dairələri, eləcə də media qurumları, hətta Ermənistanın Qərblə anlaşmasına rəğmən, İrəvanın maraqlarından çıxış edir, üstəlik regiona önəmli siyasi-iqtisadi impuls verəcək Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxır. Hətta bu yaxınlarda İranın Ermənistandakı səfiri bir az da irəli gedərək, təhdid xarakterli fikirləri ilə də yadda qalmışdı.

Zəngəzur dəhlizinin açılmasına qarşı mübarizə?!

Bu dəfə isə anti-Azərbaycan mövqeyi ilə tanınan İranın hakimiyyətə bağlı "Moj News" saytı "İranın ticarət və iqtisadi maraqlarını qorumaq məqsədilə Zəngəzur dəhlizinin yaradılmasına qarşı durmağın vacibliyi" başlıqlı qərəzli məqalə ilə çıxış edib və açıq-aşkar İrəvanın maraqlarını müdafiə edib. "Ağır beynəlxalq sanksiyaların kölgəsində İran-Ermənistan sərhədində mövcud vəziyyətin saxlanılması bilavasitə İran hökumətinin ticarət-iqtisadi əlaqələrinə müsbət təsir göstərir. Ona görə də İran Xarici İşlər Nazirliyi iqtisadi tərəqqiyə nail olmaq üçün yalnız avropalılarla dialoqa arxalanmamalı, Zəngəzur dəhlizinin açılmasına qarşı mübarizəni də (?!-A.T.) fəaliyyət prioritetləri sırasına daxil etməlidir", - yazan sayt açıq şəkildə təhdid mexanizmini işə salıb.

Putinin Bakı səfəri Tehranı niyə əndişələndirir?

Sayt eyni zamanda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə toxunaraq bildirib ki, ekspertlərin fikrincə, Putinin səfəri Rusiyanın Cənubi Qafqazda zəifləmiş mövqeyini bərpa etmək üçün həyata keçirilib. "Qərbin sanksiyalarını nəzərə alsaq, Azərbaycandan İrana və Hindistana Şimal-Cənub dəhlizinin yaradılması Kreml üçün çox önəmlidir", - deyə bildirilib.

Adıçəkilən sayt Zəngəzur dəhlizinin Tehranın maraqlarına cavab vermədiyini iddia etməklə yanaşı, bu layihəni "geosiyasi təhlükə" kimi də adlandırıb: "İran-Ermənistan sərhədinin qorunub saxlanmasının vacibliyini nəzərə alaraq, ölkənin Xarici İşlər Nazirliyi bölgədə Tehranın maraqlarını qorumaq üçün diplomatik addımlar atmasa, bu, İrana ziyan vuracaq, çünki Zəngəzur dəhlizi ölkənin geosiyasi üstünlüyünə təhlükədir. Bu baxımdan İranın "3+3" formatında dialoqu canlandırmaq üçün ötən ildən başlatdığı səylər yeni və daha sürətli şəkildə gündəmə gətirilməlidir. İranın Zəngəzur dəhlizi ilə bağlı tamamilə məntiqli və prinsipial mövqeyi var".

İran nəhayət anlamalıdır ki, onun bu kimi yanlış siyasəti nəinki Ermənistana, elə onun özünə də ciddi xələllər gətirə bilər!

Beləliklə, Tehran bu dəfə də regiona təhlükə salmağa davam edən İrəvanı qoynunda ilan kimi bəsləyir və nə qədər təəccüblü görünsə də, Ermənistanın ərazisində amerikalı hərbçilərin, avropalı kəşfiyyatçıların mövcudluğuna göz yumur, Qərbin Ermənistanı silahlandırmasında rol alır, öz hava limanını silahların, hərbi texnikaların daşınması üçün açır və sözün əsl mənasında, regiona təhdid verəcək planların tərkib hissəsinə çevrilir. İran nəhayət anlamalıdır ki, onun bu kimi yanlış siyasəti nəinki Ermənistana, elə onun özünə də ciddi xələllər gətirə bilər!

Afət Tahirqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
sia.az

10Mənbələr