AZ

Rusiyada koronavirusa yoluxanların sayı artıb » Medical Media


Rusiyada 1 həftə ərzində koronavirusa yoluxma halları 33, 3% artıb.

19-25 avqust tarixlərində koronavirus infeksiyasına yoluxma səbəbilə ümumilikdə 1943 nəfər xəstəxanaya yerləşdirilib. Yoluxanlardan 17 nəfər ölüb.

Eyni zamanda, 12 981 nəfər sağalıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 22,9% çoxdur.

Hazırda infeksion şöbələrdə 2000 koronavirus xəstəsi var.

Səhiyyə nazirliyi, ölkədə aktiv olan FLİRT variantının digər növlər kimi, təhlükə yaratmadığını deyib. Artımın səbəbi isə insanların tətildən, xarici ölkələr və əyalətlərdən şəhərə axını ilə əlaqələndirir.

Seçilən
47
medicalmedia.az

1Mənbələr