AZ

Mark Zukerberq Bayden administrasiyasının ünvanına ağır ittihamlar yağdırdı

 
"Ölümcül pandemiya ilə üzləşən administrasiya ictimai sağlamlıq və təhlükəsizliyin müdafiəsi üzrə məsuliyyətli hərəkətlərə çağırış edib..."
 
"Meta" texnoloji holdinqinin sahibi Mark Zukerberq Bayden administrasiyasını koronavirus pandemiyası zamanı müəyyən kontentin senzura edilməsi məqsədilə şirkətə təzyiq göstərməkdə ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, ABŞ Nümayəndələr Palatasının hüquq komitəsinin sədri Cim Cordana məktubunda yazıb. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
Məktubda deyilir ki, Bayden administrasiyasının yüksək vəzifəli şəxsləri bir neçə ay ərzində "Meta" komandasına "dəfələrlə təzyiq göstərərək", satira və yumor daxil olmaqla koronavirus barədə kontentin bir hissəsini senzuraya məruz qoymağı tələb edib.
 
"Mən hesab edirəm ki, hökumətin təzyiqi doğru olmayıb və mən təəssüf edirəm ki, biz bu barədə daha açıq danışmamışıq", - o, "X" sosial şəbəkədə yazıb.
 
"Mən möhkəm əminəm ki, bizim kontentin standartları ilə bağlı bu istiqamətdə istənilən administrasiya tərəfindən göstərilən təzyiqlərlə bağlı güzəştə getməməliyik, əgər belə bir şey təkrarlanarsa, biz buna müqavimət göstərməyə hazırıq", - Zukerberq vəd edib.
 
"Financial Times" nəşri qeyd edir ki, Zukerberq mahiyyətcə ilk dəfə olaraq Ağ Evin ən populyar "Facebook" və "İnstagram" sosial şəbəkələrində təzyiq və məcburetmə yolu ilə moderatorluq siyasətinə təsir etmək cəhdlərini açıq şəkildə etiraf edib. 
 
"Ölümcül pandemiya ilə üzləşən administrasiya ictimai sağlamlıq və təhlükəsizliyin müdafiəsi üzrə məsuliyyətli hərəkətlərə çağırış edib. Bizim mövqeyimiz dəqiq və ardıcıl olub, biz hesab edirik ki, texnoloji şirkətlər və digər özəl subyektlər Amerika xalqı üçün öz hərəkətlərinin nəticələrini nəzərə almalı, bu zaman onların təqdim etdiyi məlumatla bağlı müstəqil seçim etməlidir", - bu barədə nəşrə şərhində Ağ Evin  adı açıqlanmayan nümayəndəsi bəyan edib.
 
Cim Cordan ABŞ Nümayəndələr Palatasında aparıcı respublikaçılardandır,  Konqresin Bayden administrasiyasının "söz azadlığı hüququnun zəmanətini pozmaqda və amerikalıları susmağa məcbur etməkdə" ittiham edən Konqresin araşdırmasına rəhbərlik edib.
 
Nəşr qeyd edir ki, Zukerberq dünyada sosial platformaların söz azadlığı və ya internetdə təhlükəsizliyə nə dərəcədə üstünlük verməli olduğu barədə səs-küylü debatlar zamanı məktub yazıb.
 
Bu debatlar "Telegram"ın sahibi Pavel Durovun həbsindən sonra başlanıb. O, o cümlədən səlahiyyətli orqanların sorğusu üzrə məlumat tədqim etməkdən imtina edilməsi də daxil olmaqla 12 hüquq pozuntusunda ittiham edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
22
moderator.az

10Mənbələr