AZ

"US Open 2024": Novak Cokoviç ikinci mərhələyə yüksəlib

Serbiyalı məşhur tennisçi Novak Cokoviç "Böyük dəbilqə" seriyasına daxil "US Open 2024" turnirində mübarizəyə başlayıb.

37 yaşlı raketka ustası ilk mərhələdə moldovalı Radu Albotla üz-üzə gəlib.

Matç Cokoviçin inanlı qələbəsi ilə yekunlaşıb - 3:0 (6:2, 6:2, 6:4)

Serbiyalı idmançı ikinci raundda həmyerlisi Laslo Dyere ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 75 milyon ABŞ dollarıdır. Cokoviç son olaraq Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
cbcsport.az

2Mənbələr