AZ

Hava nəqliyyatı ilə 230 milyondan çox sərnişin daşınacaq



"Bu ilin iyul ayının sonuna olan məlumata görə, hava nəqliyyatı ilə səyahət edən sərnişinlərin sayı 129 milyon 738 min 772-yə çatıb. Ötən ilin eyni dövründə bu rəqəm təxminən 118 milyon idi".

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O bildirib ki, bu il ərzində 230 milyondan çox sərnişin daşınacağı proqnozlaşdırılır.

"Biz Türk Hava Yolları ilə geniş əməkdaşlıq etmişik. Hava nəqliyyatının əhəmiyyətini anlamaq üçün İstanbul Hava Limanının hazırkı vəziyyətinə nəzər salmaq kifayətdir. Ölkəmizdə Antalya, Çukurova, Trabzon Hava Limanı kimi son 22 ildə tamamlanan və hazırda aparılan tikinti, abadlıq işlərinə nəzər saldıqda, bu sahədə nə qədər irəliləyiş əldə etdiyimizi açıq şəkildə görürük”,-deyə nazir bildirib.

Natiq Orucov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
34
newscenter.az

10Mənbələr