AZ

Peyvəndlər autizmə səbəb olur? - RƏSMİ AÇIQLAMA

"Peyvənd və autizm arasında əlaqəyə aid heç bir elmi sübut yoxdur".

Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, peyvəndin autizmə səbəb olma ehtimalı daha çox onun tərkibində cüzi miqdarda olan tiomersal adlı maddə ilə əlaqələndirilir. 

"Çoxsaylı tədqiqatların nəticələrinə əsasən sübut olunub ki, peyvəndlərin tərkibində istifadə olunan tiomersalın cüzi miqdarının autistik spektr pozuntusu ilə əlaqəsi yoxdur", - qurum əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
7
olaylar.az

8Mənbələr