AZ

İtaliyalı futbolçu “Barselona”ya ultimatum verib

“Yuventus”un vingeri Federiko Kyeza “Barselona”nın rəhbərliyinə ultimatum verib.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu ona transfer təklifi etmək üçün Kataloniya klubuna bir gün vaxt verib. Yaxın 24 saat ərzində bu baş verməsə, Kyeza karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirməyə başlayacaq.Bundan əvvəl “Liverpul”un Kyeza ilə maraqlanması haqda məlumatlar yayılıb. “Yuventus” futbolçunu 15 milyon avroya buraxmağa hazırdır.26 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 33 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
22
komanda.az

10Mənbələr