AZ

Palata yoldaşı yuxuda danışdığı üçün onu vəhşicəsinə döydü

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Revda şəhərindəki xəstəxanada xəstə yuxuda danışdığı üçün otaq yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.

Publika.az xəbər verir ki, bu barədə E1.ru portalı məlumat yayıb.

Nəşrin iddiasına görə, bu, adıçəkilən xəstəxananın terapevtik şöbəsində baş verib. Digər xəstələr palatadan gələn səs-küyü eşidib hadisəni lentə alıblar.

Həmin görüntülərdə bir kişinin insultdan müalicə alan palata yoldaşını vəhşicəsinə döyməsi əks olunub. Növbətçi tibb bacıları gəldikdə isə o, palata yoldaşının yuxuda danışdığı üçün səhərə qədər yata bilmədiyini deyib.

Seçilən
45
1
publika.az

10Mənbələr