AZ

ANAMA: Ötən həftə 1308.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Minatəmizləmə Agentliyi 

(ANAMA) işğaldan azad edilmiş 

ərazilərdə minatəmizləmə fəaliyyətinə

 cəlb olunmuş qurumlar tərəfindən avqustun 19-dan 25-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.


ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 78, tank əleyhinə 32 mina və 839 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1308.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
6
ekologiya.az

10Mənbələr