AZ

Pentaqondan etiraf: Rusiya ordusu irəliləyir

Pentaqonun sözçüsü Patrik Rayder diqqət çəkən açıqlamalar verib. O, etiraf edib ki, Rusiya ordusu "Donetsk Xalq Respublikası"ndakı Qırmızı Ordu (Pokrovski) istiqamətində uğurla irəliləyir.

"Hər kəs görür ki, ruslar burada tədricən irəliləyirlər. Bildiyiniz kimi, bu sərhəd bölgəsində şiddətli döyüşlər gedir", - Rayder bildirib.

Onun bəyanatı ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunub. Pentaqonun mətbuat katibi əlavə edib ki, Birləşmiş Ştatlar öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin hərbi yardıma olan ehtiyaclarını daha yaxşı anlamaq üçün Kiyev ilə əlaqə saxlamağa və məsləhətləşmələrə davam edəcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
news365.az

10Mənbələr