AZ

Azər Badamov qanunun tələblərini pozmaqla məşğuldur - FOTOLAR

61saylı Qusar seçki dairəsindən YAP-ın deputatlığa namizədi Azər Badamov təbliğat kampaniyasında inzibati resurslardan səmərəli istifadə edir.AzFakt.com-a verilən məlumata görə Azər Badamovun təbliğat -təşviqatında məktəb müəllimləri,tibb işçiləri, kitabxana əməkdaşları, musiqi məktəbinin müəllimləri, həmçinin Qusar rayon kəndlərinin icra nümayəndələri və seçki məntəqələrinin üzvlərinin belə görüşlərdə iştirak edilməsi təmin olunur .Qusar rayonunda böyük biznes obyektlərini işlədən qardaşının rəhbərliyi ilə həyata keçirildiyi bildirilir, və hər görüşə onlarla adam aparanı mükafatlanıdrıldığı qeyd olunur. Bilgilərə görə yerli sakinlər onunla görüşməkdən imtina edirlər. Amma pul müqabilində işsiz olanlar buna razılaşıblar. Əldə olunan məlumatlarda qeyd olunur ki, Qusar rayonu Avaran kənd icra nümayəndəsi Sabir Fərzəliyev və Avaran kənd bələdiyyə sədri Babayev Hacıbala belə yerli sakinlərlə görüşündə iştirak ediblər. Həmçinin Köhnə Xudatda Azər Badamovun seçicilərlə görüşü zamanı icra nümayəndəsi Eldar Hacıbalayev belə açıq aşkar görüşdə yanında dayanır. Bütün bu faktları Azər Badamov öz şəxsi facebook səhifəsində paylaşım edir.Göründüyü kimi IV, V və VI çağırış Milli Məclisin deputatı olan Azər Badamov qanunları özü qəbul edilməsində parlamentdə iştirak etsədə sadəcə düyməni basmaqla lehiyə səs verməklə kifayətlənib. Əgər o qanunun mahiyətindən xəbərdar olsa idi bilərdi ki, inzabit orqanların əməkdaşları seçki təbliğat- təşviqatın kampaniyası zamanı iştirak edilməsi qanunla qadağandır.Bəs görəsən Azər Badamov bunları bilmir icra nümayəndələrinə nə olub onlar niyə qanunu pozur?Məlumatlarda bildirilir ki, Azər Badamov son günlər çıxılmaz vəziyyətə düşüb, rayonda və kəndlərdə onunla görüşməkdən imtina edirlər. Lakin əhalidən bu münasibəti görən Azər Badamov bütün resurlarını işə salaraq yerli eğsaqqalları kəndlərə görüşdən öncə göndərərək hər hansı bir xoşəgəlməz hal olmamasını özü üçün sığortalayır.Qeyd edək ki, bütün qeyd olunanlar Seçki Məcəlləsində olan müddəaları pozmaq sayılır. Məcəllənin 74.4.2- maddəsi ilə vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirənlər seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilmişdir. Bundan başqa Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması halları müəyyənləşdirilmiş və bunun nəticəsində Şeçki Məcəlləsinin 69.4-cü bəndinə əsasən bərabərlik prinsiplərinin pozulması müəyyənləşdirilib.Əlavə olaraq Seçki Məcəlləsinin 55.2.1-ci maddəsinə görə tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək həmin məcəllənin 55.2-ci bəndinə əsasən vəzifə səlahiyyətlərindən sui istifadə hallarına gətirən mövqe kimi qiymətləndirilir.Deputatlığa namizəd məntəqə üzvlərindən təvşiqatı üçün istifadə edə bilməz həmçinin yerli icra nümayəndələrinin əməkdaşlarıda təbliğat-təşviqat kampaniyasında iştirak etməsi yolverilməzdir və seçki qanunun kobud şəkildə pozulması deməkdir.Bu fotofaktlar qanunla araşdırılsa, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.2-ci maddəsinin qaydalarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən əsaslandırılmış qərar qəbul olunaraq 61 saylı Qusar seçki dairəsindən Azər Badamovun deputatlığa namizədliyi ləğv oluna bilər.
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
6
dunyapress.info

7Mənbələr