AZ

Laçın Şəhəri Gününün möhtəşəm qala-konserti təşkil edildi - FOTOLAR

  Bu gün Laçın Şəhəri Günü qeyd edilir.

Bu günlə əlaqədar olaraq Laçın şəhərində Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala-konserti təşkil edilib.

Dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, laçınlı sakinlər və digər qonaqlar konserti izləyiblər.

Əvvəlcə Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və şəhər sakinləri ilə görüşünü özündə əks etdirən kadrlar nümayiş olunub.

Konsert proqramında Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok” qrupu, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış ediblər. Proqramda Məhəbbət Kazımovun “Laçınım”, “Dağlar boyda dağım var”, Aydan Əliyevanın “Gözəl Azərbaycan”, Rauf Məmmədovun “Yaşa Azərbaycan”, Oqtay Kazıminin “Ey həyat, sən nə qəribəsən”, Emin Sabitoğlunun “İncə bellim”, Elza Seyidcahanın “Laçınımın dağlarında”, Ələkbər Tağıyevin “El yolunda”, Bəhram Nəsibovun “Anadır arzulara”, Telman Hacıyevin “Vətən süitası” və Xanım İsmayılqızının “Sən qalibsən” mahnıları səsləndirilib.

Həmçinin “İncilər” kompozisiyası, “Cəngi” rəqsi, “Xalq bayatıları”, “Misri” aşıq havası, “Uzundərə” xalq rəqsi, “Ay Laçın” xalq mahnısı və “Şur” təsnifi ifa edilib.

Bayram konsertində səsləndirilən bütün çıxışlar tamaşaçılar tərəfindən böyük coşqu və gur alqışlarla qarşılanıb. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
referans.az

10Mənbələr