AZ

Ötən həftə azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlama

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.08.2024 – 25.08.2024) açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 78 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 839 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 308,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
46
yenicag.az

10Mənbələr