AZ

Polşa AES tikintisinə 1,19 milyard dollar sərmayə qoyacaq

Polşa 2025-ci ildə özünün atom elektrik stansiyasının tikintisinə 4,6 milyard zloti (təxminən 1,19 milyard dollar) sərmayə qoyacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anjey Domanski bildirib.

"Gələn il biz atom elektrik stansiyasının tikintisinə 4,6 milyard zloti ayıracağıq, - deyə RMF 24 radiostansiyası Maliyyə Nazirliyinin rəhbərindən sitat gətirir: - Biz bərpa olunan enerji mənbələri ilə bağlı həllər təqdim edə bilərik".

Domanski qeyd edib ki, “Polşada enerji qiymətləri Almaniya, Fransa və İspaniya ilə müqayisədə 40-50% yüksək olduğundan, bu, Polşa sənayesi üçün böyük problemdir”.

2022-ci ilin noyabrında Polşa hökuməti respublikada ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı fərmanı təsdiqləyib. Pomeraniya Voyevodalığında Baltik dənizi sahilində üç reaktorun işə salınması planlaşdırılır. Tikinti təxminən 20 milyard dollara başa gələcək.  

2023-cü ilin sentyabrında AES-in tikintisini Amerikanın Westinghouse və Bechtel şirkətləri Polşa subpodratçıları ilə birlikdə həyata keçirəcəyi açıqlanıb. Əvvəllər xəbər verildiyi kimi, Polşa hakimiyyəti 20 il ərzində altı atom enerji bloku tikmək niyyətindədir. 2033-cü ildən atmosferə zərərli maddələrin sıfır emissiyası ilə 6-dan 9 QVt-a qədər istehsal etmək üçün hər iki-üç ildən bir 1-1,6 QVt gücündə enerji bloklarının işə salınması planlaşdırılır. 

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
45
valyuta.az

10Mənbələr