AZ

Mask Trampı demokratiyanın və Amerikanın xilaskarı adlandırdı, vəzifə vədi aldı

"Respublikaçıların prezidentliyə namizədi Donald Tramp demokratiyanı və ABŞ-ı xilas edə bilər". 

HİT.az xəbər verir ki, bu fikri amerikalı sahibkar və "SpaceX"in qurucusu İlon Mask X sosial şəbəkəsində bildirib.

"Tramp demokratiyanı və Amerikanı xilas edəcək. Sözlərimi qeyd edin. ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçilməsi fəlakət olardı", deyə sahibkar yazıb.

Bu arada, Tramp "The Shawn Ryan Show" nəşrinə müsahibəsində deyib ki, seçkilərdə qalib gələrsə, İlon Maska Amerika hökumətində yer təklif etməyə hazırdır. Eyni zamanda siyasətçi etiraf edib ki, iş adamının buna vaxtı olmaya bilər, çünki Mask böyük şirkətlərin rəhbəridir:

"Mən onu hökumətə daxil edərdim, amma etdiyi hər şeyin miqdarını nəzərə alsaq, necə davam edə biləcəyini bilmirəm. Lakin o, süni intellekt kimi müəyyən məsələlərdə hökumətə məsləhət verə bilər".

ABŞ prezidentliyinə namizəd qeyd edib ki, hökumətin işinin optimallaşdırılmasında iştirak etmək istəyən Maskla əla münasibətdədir.

Bundan əvvəl İlon Mask X sosial şəbəkəsində ABŞ-da qarşıdan gələn prezident seçkilərini simulyasiya edən sorğu təşkil etmişdi. İstifadəçilərdən dövlət başçısı vəzifəsinə iki namizəd - Donald Tramp və Kamala Harris arasından seçmək istənilib. Sorğu bir gün davam edib.

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
44
hit.az

10Mənbələr