AZ

"Müxalifətdən heç kim hələ zəng edib deməyib ki, məhdudiyyət yaradırlar” - Novella Cəfəroğlu 

“Siyasi partiyalarla görüşlərimiz keçir.  “Mənim Səsim” Seçki Monitorinq Koalisiyası 533 nəfər müşahidəçi hazırlayıb. 67 dairəni əhatə edəcəklər. Bu il həm müxalifət, həm də iqtidar seçkilərdə daha aktiv iştirak edirlər. Xoşuma gəldi ki, Müsavat Partiyasından seçkilərdə namizəd kimi bu dəfə qadınlar, professorlar çoxdur. Digər partiyalarda da fəalıq müşahidə edirik. Qapı-qapı gəzirlər, insanlarla görüşürlər. Əlbəttə, özünə arxayınlar da var, onları demirəm. Amma birinci dəfədir ki, milləti belə sayan var. Bu dəfə hər bir namizəd  millətdən asılı olduğunu başa düşür. Yəni onun səsi bu insanlardan gələcək. Ən dəyərlisi isə budur ki, ilk dəfədir, bütöv, müstəqil Azərbaycan üzrə seçkilər keçiriləcək. Bu, Azərbaycan üçün böyük uğur, başucalığıdır. Hətta İtaliya qəzeti yazıb ki, yeganə dövlətdir ki, konflikdə qalib gəlib, öz torpaqlarını qaytarıb, bütün torpaqlarda seçki keçirir. Bu da çox vacib idi, bütün ölkə ərazisində birinci dəfədir, prezident və parlament seçkiləri keçirilir”. 

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 

N.Cəfəroğlu bəzi iradlar da səsləndirib: “Bizim iradımız budur ki, namizədlər arasında debat olmadı. Televiziyaları da qınayıram. Bu seçkilərdə çox az təbliğat getdi. Hələ indi nəsə deməyə başlayıblar. Halbuki cənab Prezident seçki ilə bağlı qərar verəndə məlumatların artıq hamısını televiziyada əhatəli işıqlandırmalı idilər. Qanunda var ki, 60-dan çox namizədi olan partiya televiziya kanalında pulsuz çıxış edə bilər. YAP böyük partiyadır, 125 nəfərlik siyahı verib. Buna görə də qanunda dəyişiklik etmək lazımdır ki, 25 nəfərə qədər namizəd irəli sürən partiya televiziyada pulsuz çıxış etməlidir”. 

Təşviqat kampaniyası çəçivəsində namizədliyini geri çəkənlər barədə də fikir bildirib: “Axıra qədər mübarizə aparmaq lazımdır. Özündə güc tapıb təşviqata qoşulmusansa, axıra qədər davam et. 5% səs topla, amma özünü yoxla, sonra analiz et. Hakim partiya güclüdürsə, onda mübarizə apar, rəqibinin əlindən bayrağı al. Bu, söz gəzdirməkdir. Gedirsənsə, axıra qədər getməlisən”. 

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
mia.az

5Mənbələr