AZ

56 saylı Şabran-Xaçmaz seçki dairəsinə keçirilən sorğunun nəticələri deputatlığa namizəd Mahir Süleymanlının tam üstünlüyünü göstərdi



aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Şabran,Xaçmaz rayonlarında olmuş, 56 saylı Şabran-Xaçmaz seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 59,4%-ni kişilər, 34,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 18,3%-i 18-29 yaş, 26,9%-i 30-39, 28,1%-i 40-49, 20,9%-i 50-59 yaş, 6,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 26,5%-i orta təhsilli, 29,2%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 40,2%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin əksəriyyəti Mahir Süleymanlını tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd daha çox mənsub olduğu ailənin dövlətə və dövlətçiliyimizə sədaqət ənənələri ilə tanınır.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 59,3%-i Mahir Süleymanlının, 20,7%-i digər namizədlərin adını çəkmiş, 17,3% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,7%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 56 saylı Şabran-Xaçmaz seçki dairəsində deputatlığa namizəd Mahir Süleymanlının ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Gülbəniz Məmmədova: Ay qızım, Mahir müəllim özü gənc olsa da, onun təmsil etdiyi ailəni bizim camaat yaxşı tanıyır. Həmişə həm dövlətin, həm də xalqın yanında olublar. Necə deyərlər, ot kökü üstə bitər. Elə bilirəm ki, Mahir müəllim də bu ənənəni davam etdirəcək...

Cahangir Qasımov: Əvvəla mən əminəm ki, YAP əgər birinin namizədliyini irəli sürürsə, deməli bu şəxsə etibar etmək olar. Həm də cənab Prezidentimiz də kadrların gəncləşməsi siyasətini yürüdür. Yəni, ay oğul, elə Mahir müəllim yəqin ki, bizim ən uğurlu seçimimiz olacaq...



Seçilən
96
50
aia.az

10Mənbələr