AZ

Orta keçid balı 600-dən çox olan ali məktəblərin adları açıqlanıb

Üç ali təhsil müəssisəsində qəbul üçün orta keçid balı 600-dən yuxarı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, həmin ali təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Bakı Ali Neft Məktəbi olub.

DİM sədri əlavə edib ki, Gəncədəki Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universitetində orta keçid balı 200-dən yuxarı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
10
operativmm.az

10Mənbələr